​Dünya bazarında xam neftin qiyməti 12% ucuzlaşıb

​Dünya bazarında xam neftin qiyməti 12% ucuzlaşıb "Brent" markalı xam neftin qitymətində də ucuzlaşma müşahidə edilib
Energetika
29 Noyabr , 2014 10:12
​Dünya bazarında xam neftin qiyməti 12% ucuzlaşıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 11,40%, yaxud 7,54 dollar ucuzlaşaraq 66,15 ABŞ dolları olub. "Report"un xəbərinə görə bu 2014-cü ilin iyunundan bəri qeydə alınan ən ucuz qiymətdir.

Birjalarda "Brent" markalı xam neftin qitymətində də ucuzlaşma müşahidə edilib. Belə ki, "Brent"in bir bareli 10,83%, yaxud 7,60 dollar ucuzlaşaraq 70,15 dollara bərabər olub.

Xatırladaq ki, təhlilçilər bu il üçün neftin orta qiymətinin 76 ABŞ dolları olmasını proqnozlaşdırıblar.

Son xəbərlər

Orphus sistemi