​Dünya bazarında neftin bahalaşması davam edir

​Dünya bazarında neftin bahalaşması davam edir Birjalarda "Brent"in qiyməti 67,8 dollar/barelə çatıb
Energetika
7 May , 2015 08:21
​Dünya bazarında neftin bahalaşması davam edir

Bakı. 7 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,88% yaxud 0,53 dollar bahalaşaraq 60,93 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də müsbət dəyişiklik müşahidə edilib. Belə ki, bu markalı neftin qiyməti 0,37% yaxud 0,25 dollar artaraq 67,77 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 70 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi