Bakı. 20 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,03 dollar yaxud 0,06% ucuzlaşaraq 48,16 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,12 dollar və ya 0,25% geriləyərək 48,81 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 54 dollar/barel olacağı gözlənilir.