Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb "Brent" markalı neftin qiyməti 44,18 dollar/barelə düşüb
Energetika
14 Aprel , 2016 08:21
Neft cüzi ucuzlaşıb

Bakı. 14 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,41 dollar yaxud 0,97% ucuzlaşaraq 41,76 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,51 dollar və ya 1,14% ucuzlaşaraq 44,18 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi