Bakı. 5 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,56 dollar yaxud 1,74% ucuzlaşaraq 31,72 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,58 dollar və ya 1,66% ucuzlaşaraq 34,46 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 35 dollar/barel olacağı gözlənilir.