Bakı. 20 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,30 dollar yaxud 3,27% bahalaşaraq 41,08 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,12 dollar və ya 2,61% bahalaşaraq 44,03 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 47 dollar/barel olacağı gözlənilir.