Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb "Brent" markalı neftin qiyməti 43 dollara düşüb
Energetika
5 Dekabr , 2015 09:22
Neft yenidən ucuzlaşıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,94 dollar yaxud 2,29% geriləyərək 40,14 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,84 dollar və ya 1,92% ucuzlaşaraq 43,00 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 45 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi