​Dünya bazarında WTI və "Brent" markalı xam neft 1,5% ucuzlaşıb

​Dünya bazarında WTI və "Brent" markalı xam neft 1,5% ucuzlaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir
Energetika
24 İyul , 2015 09:12
​Dünya bazarında WTI və Brent markalı xam neft 1,5% ucuzlaşıb

Bakı. 24 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,74 dollar və ya 1,50% ucuzlaşaraq 48,45 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,53%, yaxud 0,86 dollar geriləyərək 55,27 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi