​Dünya bazarında neftin qiyməti 60 dolları keçib

​Dünya bazarında neftin qiyməti 60 dolları keçib Birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub
Energetika
30 May , 2015 09:01
​Dünya bazarında neftin qiyməti 60 dolları keçib

Bakı. 30 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,57 dollar yaxud 4,46% bahalaşaraq 60,25 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 4,57%, yaxud 2,86 dollar irəliləyərək 65,44 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 69 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi