Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır "Brent" markalı neftin qiyməti 46 dollar/barelə çatıb
Energetika
9 May , 2016 08:58
Neft yenidən bahalaşır

Bakı. 9 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Asiya bazarında xam neftin qiymətində artım müşahidə edilib. “Report” xəbər verir ki, nəticədə, WTI (West Texas Intermediate) markalı xam neft 1,81% yaxud 0,81 dollar bahalaşaraq 45,47 dollar/barelə çatıb.

Bununla yanaşı, "Brent" markalı neftin qiyməti isə hər barelə görə 1,34% yaxud 0,61 ABŞ dolları artaraq 45,98 dollar/barelə yüksəlib. Buna səbəb Kanadanın Alberta bölgəsində meşə yanğınlarının davam etməsi və Səudiyya Ərəbistanının "Aramco" milli neft şirkətinin rəhbərliyindəki dəyişikliklər olub.

İngilis versiyası Oil prices up again

Son xəbərlər

Orphus sistemi