Dünya bazarında neftin bahalaşması davam edir

Dünya bazarında neftin bahalaşması davam edir "Brent" markalı neftin qiyməti 57,4 dollar/barelə çatıb
Energetika
14 Fevral , 2015 09:18
Dünya bazarında neftin bahalaşması davam edir

Bakı. 14 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,97% yaxud 1,57 dollar bahalaşaraq 52,78 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,59% və ya 0,34 dollar yüksələrək 57,39 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi