Bakı. 17 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,40 dollar yaxud 1,36% ucuzlaşaraq 29,04 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,21 dollar və ya 3,62% ucuzlaşaraq 32,18 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 32 dollar/barel olacağı gözlənilir.