​Dünya bazarında neft yenidən ucuzlaşıb

​Dünya bazarında neft yenidən ucuzlaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir
Energetika
6 Avqust , 2015 09:12
​Dünya bazarında neft yenidən ucuzlaşıb

Bakı. 6 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,59 dollar və ya 1,29% ucuzlaşaraq 45,15 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,80% yaxud 0,40 dollar geriləyərək 49,59 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi