​Dünya bazarında neft yenidən bahalaşıb

​Dünya bazarında neft yenidən bahalaşıb "Brent"in bir barelinin qiyməti 56 dollar həddinə yaxınlaşıb
Energetika
19 Mart , 2015 09:15
​Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 19 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,69% yaxud 1,20 dollar bahalaşaraq 44,66 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 4,29% və ya 2,40 dollar bahalaşaraq 55,91 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı təxmin edilir.

İngilis versiyası Oil prices continue to rise

Son xəbərlər

Orphus sistemi