Bakı. 1 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,97 dollar yaxud 2,88% bahalaşaraq 33,75 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,47 dollar və ya 4,19% artaraq 36,57 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 38 dollar/barel olacağı gözlənilir.