Dünya bazarında neft yenidən bahalaşıb

Dünya bazarında neft yenidən bahalaşıb "Brent" markalı neft 33,89 dollar/barelə bərabər olub
Energetika
29 Yanvar , 2016 09:11
Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 29 yanvar.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,92 dollar yaxud 2,85% bahalaşaraq 33,22 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,79 dollar və ya 2,40% bahalaşaraq 33,89 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 38 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi