​Dünya bazarında neft ucuzlaşmaqda davam edir

​Dünya bazarında neft ucuzlaşmaqda davam edir WTI markalı neftin qiyməti 44,7 dollar/barelindən aşağı düşüb
Energetika
7 Avqust , 2015 09:16
​Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Bakı. 7 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,49 dollar və ya 1,09% ucuzlaşaraq 44,66 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,14% yaxud 0,07 dollar geriləyərək 49,52 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası World oil prices decreased

Son xəbərlər

Orphus sistemi