Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb "Brent" markalı neftin qiyməti 66,8 dollar/barelə yüksəlib
Energetika
18 May , 2015 08:27
Dünya bazarında neft ucuzlaşıb

Bakı. 18 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0.32% yaxud 0,19 dollar ucuzlaşaraq 59,69 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,17% yaxud 0,11 dollar yüksələrək 66,81 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi