Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb "Brent"in bir barelinin qiyməti 53,44 dollara düşüb
Energetika
17 Mart , 2015 09:20
Dünya bazarında neft ucuzlaşıb

Bakı. 17 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,19%, yaxud 0,96 dollar ucuzlaşaraq 43,88 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,30% və ya 1,23 dollar ucuzlaşaraq 53,44 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi