Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb "Brent"in bir barelinin qiyməti 3,30% və ya 2,00 dollar ucuzlaşaraq 60,53 dollar olub
Energetika
19 Fevral , 2015 09:48
Dünya bazarında neft ucuzlaşıb

Bakı. 19 fevral.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,67% yaxud 1,39 dollar ucuzlaşaraq 52,14 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 3,30% və ya 2,00 dollar ucuzlaşaraq 60,53 dollar olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı proqnozlaşdırılır.

İngilis versiyası Oil drop in world markets

Son xəbərlər

Orphus sistemi