​Dünya bazarında neft bahalaşıb

​Dünya bazarında neft bahalaşıb "Brent"in qiyməti 50 dollara yaxınlaşır
Energetika
28 Yanvar , 2015 09:26
​Dünya bazarında neft bahalaşıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,34% yaxud 1,08 dollar bahalaşaraq 46,23 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,90% yaxud 1,44 dollar yüksələrək 49,60 dollara çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi