Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb "Brent" markalı neftin qiyməti 49,13 dollar/barelə çatıb
Energetika
30 Yanvar , 2015 09:33
Dünya bazarında neft bahalaşıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,18% yaxud 0,08 dollar artaraq 44,53 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində bahalaşma müşahidə edilib. Belə ki, "Brent"in bir barelinin qiyməti 1,34% və ya 0,66 dollar bahalaşaraq 49,13 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barrrel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi