​Dünya bazarında neft bahalaşıb

​Dünya bazarında neft bahalaşıb "Brent" markalı neftin qiyməti 53,4 dollar/barelə çatıb
Energetika
30 İyul , 2015 09:28
​Dünya bazarında neft bahalaşıb

Bakı. 30 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar və ya 1,69% bahalaşaraq 48,79 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,15% yaxud 0,08 dollar irəliləyərək 53,38 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi