Bakı. 28 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti bu gün saat 09:05-ə olan məlumata görə, 0,28 dollar yaxud 0,71% bahalaşaraq 39,74 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,25 dollar və ya 0,62% bahalaşaraq 40,69 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 45 dollar/barel olacağı gözlənilir.