Bakı. 4 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,17 dollar yaxud 7,21% bahalaşaraq 32,28 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 2,32 dollar və ya 7,09% bahalaşaraq 35,04 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 37 dollar/barel olacağı gözlənilir.