​Dünya bazarında neft 6% ucuzlaşıb

​Dünya bazarında neft 6% ucuzlaşıb "Brent" markalı neftin qiyməti 60 dollar/barelə düşüb
Energetika
27 Fevral , 2015 09:24
​Dünya bazarında neft 6% ucuzlaşıb

Bakı. 27 fevral.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,85% yaxud 2,82 dollar ucuzlaşaraq 48,17 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,63% və ya 1,58 dollar ucuzlaşaraq 60,05 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi