​Dünya bazarında “Azeri LT CIF” 2% bahalaşıb

​Dünya bazarında “Azeri LT CIF” 2% bahalaşıb Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 62,445 dollar/barel olub
Energetika
9 İyun , 2015 10:13
​Dünya bazarında “Azeri LT CIF” 2% bahalaşıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,99 dollar, yaxud 1,58% bahalaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,43 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 62,445 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi