Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,40 dollara bərabərdir
Energetika
5 Fevral , 2016 09:27
Azərbaycan nefti bahalaşıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,31 dollar yaxud 0,88% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,40 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi