​Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

​Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 65,31 dollara düşüb
Energetika
29 Aprel , 2015 10:03
​Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,12 dollar yaxud 0,18% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,31 dollara bərabərdir.

Ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 65,33, dünən isə 65,43 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi