Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 54,63 dollara bərabərdir
Energetika
17 Mart , 2015 13:34
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,23 dollar yaxud 3,9% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 54,63 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 62,54 dollar/barel, dünən isə 56,86 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi