​Dünya bazarında Azərbaycan nefti cüzi bahalaşıb

​Dünya bazarında Azərbaycan nefti cüzi bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 45,9 dollara/barelə çatıb
Energetika
27 Noyabr , 2015 09:40
​Dünya bazarında Azərbaycan nefti cüzi bahalaşıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,02 dollar yaxud 0,04% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,89 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi