​Dünya bazarında Azərbaycan nefti 45 dollara düşüb

​Dünya bazarında Azərbaycan nefti 45 dollara düşüb "Azeri LT CIF" markalı neftin qiyməti 45,28 dollar/barelə enib
Energetika
11 Avqust , 2016 09:30
​Dünya bazarında Azərbaycan nefti 45 dollara düşüb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,08 dollar və yaxud 2,33% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,28 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi