Bakı. 2 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,65 dollar yaxud 1,93% bahalaşaraq 34,40 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,24 dollar və ya 0,66% artaraq 36,81 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 39 dollar/barel olacağı gözlənilir.