​Dövlət Neft Fondunda MHŞT üzrə seminar keçirilib

​Dövlət Neft Fondunda MHŞT üzrə seminar keçirilib Tədbirin əsas məqsədi təsdiq olunacaq məlumatların keyfiyyətinin artırılması və səhvlərin sayının azaldılmasıdır
Energetika
22 İyul , 2016 16:08
​Dövlət Neft Fondunda MHŞT üzrə seminar keçirilib

Bakı. 22 iyul. REPORT.AZ/  Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığına dair seminar keçirilib. Bu barədə “Report a ARDNF-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, tədbirin əsas məqsədi 2015-ci il üzrə başlanmış hesabatlılıq prosesində şirkətlər və hökumət tərəfindən təsdiq olunacaq məlumatların keyfiyyətinin artırılması və səhvlərin sayının azaldılmasıdır. Seminarda şirkətlər, hökumət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə yanaşı, MHŞT Koalisiyasının üzvləri də iştirak ediblər.

MHŞT üzrə Katibliyin nümayəndələri 2016-cı il Peruda yenilənmiş MHŞT Standartının fərqləndirici xüsusiyyətləri, 2015-ci il üzrə MHŞT Hesabatlarını hazırlayacaq “Moore Stephens” şirkətinin nümayəndəsi isə hasilat şirkətlərinin keçən MHŞT hesabatlılığında etdiyi səhvlərin təhlili və növbəti hesabatlılıqda diqqət yetiriləcək məsələlər barədə iştirakçılara təqdimatlar ediblər.

QHT Koalisiyasının üzvləri isə ümumilikdə vətəndaş cəmiyyətinin MHŞT prosesində rolu və şirkətlərlə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açıb. Seminar interaktiv şəkildə qarşılıqlı sual və cavablarla davam edib. 

Son xəbərlər

Orphus sistemi