​Dövlət Agentliyinin sözçüsü təyinatından 3 ay sonra işdən ayrılıb

​Dövlət Agentliyinin sözçüsü təyinatından 3 ay sonra işdən ayrılıb Hazırda onun vəzifəsini agentliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri icra edir
Energetika
22 Oktyabr , 2015 10:30
​Dövlət Agentliyinin sözçüsü təyinatından 3 ay sonra işdən ayrılıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı vəzifəsindən azad edilib. "Report"un məlumatına görə, hazırda onun vəzifəsini agentliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Arzu Hüseynova icra edir.

Agentlikdən "Report"a fakt təsdiq edilib və Y.Babanlının öz ərizəsi ilə işdən azad olunduğu bildirilib: "Yəhya Babanlının 3 aylıq müqavilə müddəti bitib, eyni zamanda o, elmi fəaliyyətlə məşğul olduğu üçün işdən çıxıb".

Xatırladaq ki, Y.Babanlı mətbuat xidmətinin rəhbəri vəzifəsinə bu ilin iyul ayında təyin edilib.

Son xəbərlər

Orphus sistemi