​Dörd magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

​Dörd magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Təmir işləri bir neçə ərazinin qaz təchizatına təsir göstərə bilər
Energetika
24 Noyabr , 2015 16:34
​Dörd magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 25-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES” qazpaylama stansiyasında təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Dondarquşçu” və “Alabaşlı” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında da aparılacaq.

Təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.                              

Son xəbərlər

Orphus sistemi