Dörd magistral qaz kəməri sahəsində təmir aparılacaq

Dörd magistral qaz kəməri sahəsində təmir aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
29 Sentyabr , 2016 16:36
Dörd magistral qaz kəməri sahəsində təmir aparılacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sentyabrın 30-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi” və Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Novxanı qəsəbəsinin, həmçinin Şəmkir rayonunun Dəllər, Zəyir və Cırdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir şəhəri, eləcə də Bərdə və Oğuz rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi