DESFA-nın özəlləşdirilməsini Yunanıstanın yeni qurumu başa çatdıracaq

DESFA-nın özəlləşdirilməsini Yunanıstanın yeni qurumu başa çatdıracaq Yunanıstan hökuməti iki qurumun bazasında yeni təşkilat yaradır
Energetika
27 Noyabr , 2015 18:11
DESFA-nın özəlləşdirilməsini Yunanıstanın yeni qurumu başa çatdıracaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Yunanıstan hökuməti Dövlət Aktivlərinin İnkişafı Fondu (HRADF) və Maliyyə Stabilliyi Fondunu (HFSF) birləşdirərək yeni özəlləşdirmə qurumu yaradır. 

"Report" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, yeni yaradılan Fond bir çox, o cümlədən Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA-nın özəlləşdirilməsi prosesini başa çatdıracaq.

Fondun özəlləşdirmə prosesini tamamlayacağı digər qurumlar isə OTE-nin (Yunanıstan Telekommunikasiya Təşkilatı) dövlətdə qalan payı, Afina Beynəlxalq Hava Limanı, regional hava limanları və s. qurumlardır.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 16%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Artıq İtaliyanın "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas", Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkətləri DESFA-nın bu səhm zərfinin alınmasına maraq göstərdiyini qeyd edib.

"Snam" şirkəti isə DESFA-da payın alınması məqsədilə bu yaxınlarda Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) rəsmən müraciət edib.

Son xəbərlər

Orphus sistemi