"Deloitte": Neft şirkətlərinin üçdə bir hissəsi iflas astanasındadır

"Deloitte": Neft şirkətlərinin üçdə bir hissəsi iflas astanasındadır Təxminən 175 şirkət iflasın astanasındadır və 150 milyard dollardan çox borclanıb
Energetika
17 Fevral , 2016 12:24
Deloitte: Neft şirkətlərinin üçdə bir hissəsi iflas astanasındadır

Bakı. 17 fevral. REPORT.AZ/ Neft hasilatıyla məşğul şirkətlərin üçdə bir hissəsi bu il iflas olmaqla bağlı yüksək risk altındadır. "Report" "Fortune" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Deloitte" audit və konsaltinq şirkətinin yeni araşdırmasında deyilir.

Bütün dünya üzrə 500-dən çox neft və qaz şirkətlərinin öyrənilməsi əsasında tərtib edilən hesabata görə, enerji sektorunda həqiqətən dərin böhran mövcuddur. Qeyd olunur ki, təxminən 175 şirkət iflasın astanasındadır və 150 milyard dollardan çox borclanıb.

Ancaq nəşr xəbər verir ki, istehsal şirkətlərini personal və quyuların qazılması üçün avandanlıqlarla təchiz edən neft xidməti şirkətlərinin iflas riski daha azdır. Çox güman ki, bu, daha az kapital cəlb olunmasıyla bağlıdır. Bunun sayəsində həmin xidmət şirkətləri maliyyə baxımından daha çevik hərəkət etmək qabiliyyətinə malik olur.

Belə ki, ötən rübdə müflis olmasıyla bağlı rəsmi sənəd təqdim edən ABŞ-ın 53 enerji şirkətindən yalnız 14-ü xidmət işinə baxan olub. "Deloitte" analitiklərinin proqnozlarına görə, bu tendensiya qısa müddətdə davam edəcək.

Son xəbərlər

Orphus sistemi