Davutoğlu: "Ehtiyac olduğu hallarda TANAP-dan alacağımız qaz həcmi dəyişə bilər"

Davutoğlu: "Ehtiyac olduğu hallarda TANAP-dan alacağımız qaz həcmi dəyişə bilər" Türkiyənin baş naziri Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb
Energetika
4 Dekabr , 2015 23:51
Davutoğlu: Ehtiyac olduğu hallarda TANAP-dan alacağımız qaz həcmi dəyişə bilər

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyənin enerji sahəsində bir ölkədən asılılığının qarşısı almaq üçün ciddi addımlar atılır. "Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

"Azerbaycan Prezidenti İlham Əliyevlə TANAP layihəsinin mümkün olduğu qədər tez həyata keçirilməsəni müzakirə etdik. Bu layihə çərçivəsində daşınacaq 16 milyard kubometr qazdan 6 milyardı Türkiyənin payına düşəcək. Ancaq ehtiyac olduğu hallarda bu faiz nisbəti dəyişə bilər", - deyə Davutoğlu qeyd edib.

Onun sözlərinə görə, Türkiyə iqdisadiyyatını enerji sahəsindəki mənfi təsirlərdən qorumaq üçün hazırlıq işləri sürətlə davam etdirilir.

Embarqo məsələsinə də toxunan Türkiyənin hökümət başçısı deyib ki, sanksiyalar "elə bir məsələdir ki, bir gün onu tətbiq edən ölkənin özünə zərər verir".

"Məsələn, Türkiyə Rusiya ve İrana qarşı tətbiq olunan sanskiyalara dəstək vermədik. Çünkü, hesab edirik ki, iqdisadi embarqo fayda vermir", - deyə Davutoğlu əlavə edib.

Son xəbərlər

Orphus sistemi