"Darvin Bankəsi" yatağındakı özüldə aparılan tikinti-quraşdırma işləri başa çatıb

"Darvin Bankəsi" yatağındakı özüldə aparılan tikinti-quraşdırma işləri başa çatıb Tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilib
Energetika
5 İyun , 2015 17:01
Darvin Bankəsi yatağındakı özüldə aparılan tikinti-quraşdırma işləri başa çatıb

Bakı. 5 iyun. REPORT.AZ/ SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi “Darvin Bankəsi” yatağında əlavə 4 quyunun qazılması üçün 670 saylı Stasionar Dəniz Özülünün yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla yerinə yetirib.

“Report” Dövlət Neft Şirkətinə istinadən bildirir ki, layihə neft hasilatının yüksəldilməsi üçün quyu fondunun artırılması məqsədilə icra olunub. Layihə çərçivəsində Trest tərəfindən 4 ədəd quyunun qazılması üçün 4 quyu şaxtası və çirkab sularının yığılması üçün 2 tutum quraşdırılıb, mövcud qülləaltı postamentin hərəkət yolu və boru yığma meydançası uzadılıb. 

Qeyd edək ki, tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi