Bakı. 20 may. REPORT.AZ/ “Darvin bankası” yatağındakı 720 nömrəli meydançadan 766 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1440 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.