​“Darvin bankası”nda bir quyu geoloji tədbirdən sonra istismara verilib

​“Darvin bankası”nda bir quyu geoloji tədbirdən sonra istismara verilib Quyu sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
6 Noyabr , 2015 16:18
​“Darvin bankası”nda  bir quyu geoloji tədbirdən sonra istismara verilib

Bakı. 6 noyabr. REPORT.AZ/ “Darvin bankası” yatağındakı 670 nömrəli meydançadan 663 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu Qirməki Lay Dəstəsindən, 1 445 - 1 364 metr dərinlik intervalından sutkalıq təxminən 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi