​Daha bir neft şirkəti Azərbaycanda filial açıb

​Daha bir neft şirkəti Azərbaycanda filial açıb Filial "Archer Well Company International Ltd." adı ilə qeydiyyatdan keçib
Energetika
2 Sentyabr , 2015 12:50
​Daha bir neft şirkəti Azərbaycanda filial açıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Archer" beynəlxalq neft şirkəti Azərbaycanda filial açıb. "Report"un "Vergilər" qəzetinə istinadən verdiyi xəbərə görə, filial avqust ayında "Archer Well Company International Ltd." adı ilə qeydiyyatdan keçib.

Filial Bakı şəhərinin Səbail rayonu, Nizami küçəsi,90A ünvanında fəaliyyət göstərəcək. Filialın qanuni təmsilçisi Norveç vətəndaşı İdsoe Hugo adlı şəxsdir.

Qeyd edək ki, "Archer" qlobal neft servisi şirkətidir. Şirkət 40 illik təcrübəyə malikdir və dünyanın 100-dən artıq ərazisində fəaliyyət göstərir. Şirkətin fəaliyyət sahəsinə qazma xidmətləri, hasilatın optimallaşdırılması, quyuların təhlükəsizliyi üzrə xidmətlərin və məhsulların təmin edilməsi daxildir.

Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanın "SOCAR-AQS" MMC "Nobel Oil Services" və "Archer Assets UK Ltd." şirkətləri ilə "Oguz Drilling" birgə şirkəti yaradıb. Yeni birgə müəssisə qazma avadanlıqlarının layihələndirilməsi və modifikasiyası, habelə qazma işləri ilə əlaqəsi olan digər xidmətlər də daxil olmaqla, dənizdə stasionar platformalarda qazma işləri üzrə xidmətlər təqdim edəcək.

Məlumata görə, “Oguz Drilling” birgə müəssisəsi beynəlxalq qazma sənayesinin standartlarına uyğun şəkildə azərbaycanlı heyətin təlimi və inkişafı ilə məşğul olacaq.

Son xəbərlər

Orphus sistemi