Bakı. 4 iyun. REPORT.AZ/ Çinin "Sinopec" neft-qaz korporasiyası 40 il ərzində ilk dəfə ABŞ-dan idxal edilən neftin emalına başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Çinin "Sina" portalı 42 min ton neft daşıyan tankerin bu il mayın 7-dən Çjantszyan limanında (Quandun əyaləti, Cənubi Çin) lövbər saldığını məlumat verib.
Çinə 130 min ton neft daşıyan ikinci gəminin iyunun 20-də gələcəyi gözlənilir.
Ümumiyyətlə, ötən ilin sonlarında ABŞ Konqresi Çinə xam neft ixracına dair embarqonu ləğv edib. Bu məhdudiyyət 40 il ərzində qüvvədə qalıb.
Xatırladaq ki, 2015-ci ilin sonuna qədər Çinin idxal etdiyi neftin həcmi 7% artaraq 330,94 milyon tona çatıb. Dəyər baxımından isə qara qızılın idxal həcmi 41,9% azalaraq 132,76 milyard ABŞ dolları təşkil edib.