Çinin iki neft-qaz şirkətinin maliyyə göstəriciləri kəskin azalıb

Çinin iki neft-qaz şirkətinin maliyyə göstəriciləri kəskin azalıb "PetroChina" şirkətinin mənfəəti 5 dəfə azalıb
Energetika
26 Avqust , 2016 11:38
Çinin iki neft-qaz şirkətinin maliyyə göstəriciləri kəskin azalıb

Bakı. 26 avqust. REPORT.AZ/ Çinin iki əsas dövlət neft və qaz şirkəti - “PetroChina” və “Cnooc” bu ilin I yarısını zəif nəticələrlə başa vurub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Cnooc” şirkəti ötən ilin I yarısındakı 14,7 mlrd. yuan mənfəətlə müqayisədə bu ilin müvafiq dövründə 7,74 mlrd. yuan (1,16 mlrd. dollar) xalis zərər edib.

Şirkət son 10 ildən çox müddətdə ilk dəfə olaraq I yarımili zərərlə başa vurduğunu elan edib. Çin şirkətinin ilin ilk yarısında gəliri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,5% azalaraq 55,08 mlrd. yuan olub.

Çinin nəhəng neft və qaz hasilatçısı olan “PetroChina” şirkətinin isə hesabat dövründə mənfəəti kəskin azalıb. Dövlət şirkətinin ötən ilin I yarısındakı 25,4 mlrd. yuan həcmindəki mənfəəti bu ilin müvafiq dövründə 531 mln. yuana düşüb.

Şirkət ilin ikinci yarısı ilə də bağlı optimist deyil. Şirkətdə hesab edirlər ki, II yarımillikdə yerli və beynəlxalq neft və qaz bazarında ciddi dəyişiklik olacağı gözlənilmir.

Son xəbərlər

Orphus sistemi