​“Çilov” yatağında yeni quyu istismara verilib

​“Çilov” yatağında yeni quyu istismara verilib Quyu SOCAR-ın “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb
Energetika
12 Mart , 2015 13:56
​“Çilov” yatağında yeni quyu istismara verilib

Bakı. 12 mart. REPORT.AZ/ “Çilov” yatağındakı 112 nömrəli stasionar dəniz özülündən qazılmış 112 nömrəli quyu istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 1 555-1 514 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu SOCAR-ın “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi