​“Çilov” yatağında yeni quyu qazılır

​“Çilov” yatağında yeni quyu qazılır Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək
Energetika
16 İyul , 2015 13:08
​“Çilov” yatağında yeni quyu qazılır

Bakı. 16 iyul. REPORT.AZ/ “Çilov” yatağındakı 112 saylı özüldən 114 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Layihə dərinliyi 1450 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-4 Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi