Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
Bunun üçün Mərkəzin əməkdaşları Çilov adasına ezam edilib, SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində istismar olunan avtomobillər və xüsusi texnika müasir qazanalizator cihazları vasitəsilə ölkədə qüvvədə olan standartlara uyğun müayinədən keçirilib. Müayinələrin nəticəsi qənaətbəxş olub.
Ekspertlərin rəyinə əsasən, uğurun başlıca səbəbi SOCAR-ın həyata keçirdiyi ekoloji proqram çərçivəsində istismarda olan avtomobillərdən atılan zərərli qazların miqdarına mütəmadi nəzarət edilməsi və mühərriklərin yanacaq sistemlərinin daim saz vəziyyətdə saxlanılmasıdır.
Qeyd edək ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının icrası ilə əlaqədar, avtonəqliyyat vasitələri tərəfindən atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə təsdiq olunmuş birgə tədbirlər planına uyğun olaraq avqustun 1-dən 31-dək ölkə ərazisində “Təmiz hava” aylığı keçirilir.