​Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 17% artıb

​Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 17% artıb İyulda 2,8 mln.ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb
Energetika
5 Avqust , 2016 12:28
​Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 17% artıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində 2,8 mln. ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. Bu isə illik müqayisədə 17% çoxdur.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, ötən ay dünya bazarına çıxarılan həcmin 1,9 mln. tonunu (68%) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17,5 mln. ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 3% çoxdur.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il) 2016-cı il avqustun 1-dək Ceyhan limanından 308,7 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi